Bakı. Elçin Mehdiyev – Trend:
Dünyada "omikron" ştammı ilə bağlı vəziyyət gərginləşməkdədir, bir sıra ölkələr artıq məhdudiyyətlər tətbiq edir.
Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, digər ölkələrdə baş verən problemlərin Azərbaycanda da baş verməsi ehtimalı böyükdür: “Qorunmağın yeganə yolu vaksinasiyadır. Tədqiqatlar göstərir ki, vaksinasiyanın 3-cü dozasının vurulması immuniteti xeyli gücləndirir”.