...

Mina xəritələrinin dəqiq olmaması işləri ləngidir - Bahar Muradova

Gündəm Materials 31 Yanvar 2022 10:21 (UTC +04:00)
Mina xəritələrinin dəqiq olmaması işləri ləngidir - Bahar Muradova

Bakı. Elçin Mehdiyev - Trend:

Dəqiq mina xəritələrinin olmaması səbəbindən azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri ləngiyir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, hazırda qadınların münaqişədən sonrakı rolu ilə bağlı Milli Fəaliyyət Planının üzərində də işlər davam etdirilir.

“O cümlədən bir sıra vacib sənədlərin, normativ hüququ aktların üzərində də iş gedir”, - o vurğulayıb.

B.Muradova vurğulayıb ki, münaqişədən sonra qadınların problemlərin həllində səmərəli rolu təmin edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti