...

NATO-nun baş katibi Rusiya tərəfindən qondarma "DXR" və "LXR" tanınmasını pisləyib

Gündəm Materials 22 Fevral 2022 00:48 (UTC +04:00)
NATO-nun baş katibi Rusiya tərəfindən qondarma "DXR" və "LXR" tanınmasını pisləyib

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya tərəfindən qondarma "DXR" və "LXR" tanınmasını pisləyib.

Trend xəbər verir ki, baş katib bu barədə öz Twitter səhifəsində bildirib.

"Bu, münaqişənin həlli səylərinə xələl gətirir və Minsk razılaşmalarını pozur. NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz Moskvanı münaqişənin qızışdırılmasını dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq", - paylaşımda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti