...

Erməni kilsəsinin rəhbəri erməni cəmiyyətini müharibə, revanşizmə ruhlandırır - Allahşükür Paşazadə (FOTO)

Gündəm Materials 22 Fevral 2022 14:26 (UTC +04:00)
Erməni kilsəsinin rəhbəri erməni cəmiyyətini müharibə, revanşizmə ruhlandırır - Allahşükür Paşazadə (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Biz Qarabağda mənəvi abidələrimizi dirçəldirik, məscidlərlə yanaşı kilsə və digər məbədləri yenidən qurur, bərpa edirik, erməni kilsəsi isə xristian dünyasının təəssübkeşliyini qazanmaq üçün qarayaxmalar yayır, Qarabağda guya kilsələrin dağıdılması barədə yalan, böhtanlar danışır, öz aqressiv münasibətini, qızışdırıcı fəaliyyətini davam etdirir.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

A.Paşazadə bildirib ki, çox təəssüf ki, erməni kilsəsinin rəhbəri əlində İncil və xaç Xankəndinə gələrək ermənilərə nicat verəcək sülh ideyalarını təşviq etmək, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmək əvəzinə yenidən müharibə, revanşizmə ruhlandırır.

“Din xadiminin yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına dünya ictimaiyyəti biganə qalmamalıdır”, - deyə A.Paşazadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti