...

Türkiyə XİN partlayışla bağlı Azərbaycana başsağlığı verib

Gündəm Materials 3 Aprel 2022 14:19 (UTC +04:00)
Türkiyə XİN partlayışla bağlı Azərbaycana başsağlığı verib

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "Twitter" səhifəsində yazıb.

"Bakıda bu gecə baş verən partlayış nəticəsində ölənlərin və yaralıların olduğunu üzüntü ilə öyrəndik. Azərbaycandakı qardaşlarımızın acısını paylaşırıq, həyatını itirənlərə rəhmət, ailələrinə başsağlı və səbir, yaralılıara tezliklə şəfa tapmağı diləyirik", - deyə nazirlik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti