...

DİN Türkiyə Polis Təşkilatının yaranmasının 177-ci ildönümü münasibətilə paylaşım edib

Gündəm Materials 10 Aprel 2022 00:37 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi rəsmi "Facebook" səhifəsində Türkiyə Polis Təşkilatının yaranmasının 177-ci ildönümü münasibətilə paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Türkiyə Polis Təşkilatının yaranmasının 177-ci ildönümü münasibətilə Türkiyə Polisinin əməkdaşlarını ürəkdən təbrik edirik.

Bu gün Türkiyə polisi xalqına və dövlətinə ləyaqətlə xidmət edir, insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.

Biz Türkiyə polisinin bütün nailiyyətlərinə öz uğurlarımız qədər sevinirik.

Əlamətdar gündə Türk Polis Təşkilatının hər bir əməkdaşına ən xoş arzularımızı yetirir, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq diləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti