...

Azərbaycandakı xristian icmaları azad olunmuş ərazilərə səfər edib (FOTO)

Gündəm Materials 14 Aprel 2022 14:02 (UTC +04:00)
Azərbaycandakı xristian icmaları azad olunmuş ərazilərə səfər edib (FOTO)

Hadrut. Trend:

Azərbaycanda fəaliyyət göstərən xristian icmaları işğaldan azad olunmuş ərazilərə səfər edib.

Trend-in yerli bürosunun məlumatına görə, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə reallaşıb.

Səfərin keçirilməsində məqsəd ölkəmizin mənəvi sərvəti və dəyəri olan dini müxtəliflik, dini konfessiyalararası qarşılıqlı anlaşma, hörmət və dözümlülük, eləcə də bu amilin Vətən Müharibəsində Zəfərin əldə edilməsindəki rolu, Azərbaycanda müxtəlif dinlərə məxsus bayramların maneəsiz qeyd olunması, bununla bağlı ənənələr, müsbət tendensiyalar, o cümlədən fərqli dinlərin nümayəndələrinin bayramlarda birgə iştirak etmələri ənənələrinin təbliğ və təşviq edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti