...

Enerji içkiləri niyə ziyanlıdır?

Gündəm Materials 18 Aprel 2022 13:51 (UTC +04:00)
Enerji içkiləri niyə ziyanlıdır?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qanunla energetik içkilərin yaşı 18-dən yuxarı şəxslərə satılması nəzərdə tutulub. Buna baxmayarq azyaşlı şəxslərə energetik içkilərin satıldığının şahidi oluruq.

Bunu Trend-ə qida eksperti Məhsəti Hüseynov deyib.

Onun sözlərinə görə, enerji içkiləri adı altında tərkibi bilinməyən içkilər satılır.

"Bu içkilərin tərkibində yüksək miqdarda şəkər və kofein olduğuna görə çox ziyanlıdır. Enerji içkiləri qan təzyiqini və nəbzi yüksəldir, ürək damarlarının büzülməsinə, ürəyin qidalanmasının azalmasına, infarkta, qan laxtalanmasının artmasına, əllərdə titrəməyə, yuxusuzluğa, əsəbiliyə, ürək bulanma və qusmaya, ciddi aritmiyalara və hətta ani ölümə səbəb olur. Hamilə qadınlar, uşaqlar, şəkərli diabet və ürək-damar xəstələri bu içkiləri qətiyyən içməməlidirlər.

Bundan başqa enerji içkilərinin tərkibindəki süni dadlandırıcılar, rəngləndiricilər və bir çox kimyəvi maddələr insanın beyni və fiziki inkişafını ləngidir", - deyə ekspert bildirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti