...

Türkiyə Xarici İşlər Nazirliyi İraqın müvəqqəti işlər vəkilini çağırıb

Gündəm Materials 21 Aprel 2022 23:14 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyi İraqın müvəqqəti işlər vəkilini çağırıb

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İraqın müvəqqəti işlər vəkilini Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda başlatdığı “Pəncə-Kilid” əməliyyatı ilə bağlı İraq rəsmilərinin açıqlamaları ilə əlaqədar çağıraraq ona nota verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN mətbuat katibi Tancu Bilgiç bildirib.

"Türkiyə silahlı qüvvələrinin 18 aprel 2022-ci il tarixində İraqın şimalındakı terrorçu hədəflərə qarşı başlatdığı “Pəncə-Kilid” əməliyyatı ilə bağlı İraqın rəsmi orqanlarının açıqlamaları ilə əlaqədar İraqın müvəqqəti işlər vəkili nazirliyimizə çağırılaraq ona İraqdan gözləntilərimizi çatdırdıq və bu mövzuda fikirlərimizi əks etdirən notanı təqdim etdik", - deyə T.Bilgiç qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti