...

Bölgədə və dünyada sülh və sabitliyin bərqərar olması üçün çalışırıq - Türkiyə XİN

Gündəm Materials 24 Aprel 2022 18:02 (UTC +04:00)
Bölgədə və dünyada sülh və sabitliyin bərqərar olması üçün çalışırıq - Türkiyə XİN

Bakı. Trend:

1915-ci il hadisələri ilə bağlı tarixi faktlarla və beynəlxalq hüquqla bağlı olmayan açıqlamalar etibarlı deyil. Buraya ABŞ prezidenti Co Baydenin 2021-ci ildə etdiyi səhvi təkrarlayan bugünkü uğursuz bəyanatı da daxildir. Tarixi faktları siyasi şərhlərlə saxtalaşdıran bəyanatları və qərarları rədd edir, bu səhvdə israr edənləri qətiyyətlə qınayırıq.

Trend-in məlumatına görə, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında əksini tapıb.

Açıqlamada diqqətə çatdırılıb ki, tarixdə düşmənçilik yaratmaqdan başqa heç bir məqsədə xidmət etməyən birtərəfli və qərəzli yanaşmalar mənəvi baxımdan problemlidir və siyasi motiv daşıyır. Türkiyə ermənilər də daxil olmaqla, bütün Osmanlı əhalisinin çəkdiyi əziyyətləri hörmətlə xatırlayır. Biz bu ağrıları siyasiləşdirmək cəhdlərini rədd edirik. Türkiyə bu fikirdədir ki, 1915-ci il hadisələri kimi tarixin mübahisəli dövrləri qərəzsiz, elmi-hüquqi prinsiplər çərçivəsində araşdırılmalıdır. Türkiyə bu məqsədlə müştərək tarix komissiyasının yaradılmasını təklif etdi və bütün arxivlərini açdı. Türkiyə bölgədə və dünyada sülh və sabitliyin olması, əməkdaşlıq ruhunun ön plana çıxması üçün çalışır. Ermənistanla başlayan normallaşma təşəbbüsü də bu konsepsiyanın növbəti təzahürüdür.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan mövzu ilə əlaqədar Türkiyə Ermənilərinin Patriarxı Maşalyana ünvanlandığı mesajda ağrıları böyütmək əvəzinə, gələcəyi birlikdə qurmağın vacibliyini bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkə hesabında mövzu ilə paylaşımda bu məsələdəki ikili standartları kəskin qınayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti