Bakı. Trend:
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə dörd saatlıq danışıqlar aparıb.
Trend-in məlumatına görə, bu barədə Ukrayna prezidenti video müraciətində bildirib.
"Xanım Pelosi ilə, necə deyərlər, çoxölçülü, xüsusən də müdafiə təchizatı, makro-maliyyə yardımı, sanksiyalar siyasəti, Amerika Birləşmiş Ştatları ilə siyasi əlaqələr üzrə dörd saatlıq çox məzmunlu danışıqlar apardıq", - deyə V.Zelenski qeyd edib.
O əlavə edib ki, N.Pelosi ilə Rusiyaya qarşı sanksiyalar da müzakirə olunub.