...

Təkrarlanan “Youtube” reklamlarından necə xilas olmaq olar? (FOTO)

Gündəm Materials 6 May 2022 12:05 (UTC +04:00)
Təkrarlanan “Youtube” reklamlarından necə xilas olmaq olar? (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Yəqin ki siz də “Youtube”da çıxan reklamlardan bezmisiniz. Necə etmək olar ki, təkrarlanan reklamlar qarşımıza çıxmasın.

Bu yazıda bunu sizə izah edəcəyəm.

1) “Youtube”da hər hansısa filmə baxarkən aşağı sol hissədə “info” işarəsinə toxunmaq lazımdır.

2) Növbəti ekranda “bu reklamı görmək istəmirəm” sözünün üzərinə toxunursunuz.

3) İndi “Bu reklamı görmək istəmədiyinizə əminsiniz?” “Bəli” düyməsini seçib sıxırsınız.

4) Daha sonra “Getdi. Bu reklamda səhv olan nə idi?” “Repetitive” düyməsini sıxırsınız və göndərirsiniz. Cavabınız “Youtube”a göndərilir.

Eyni reklam yenidən çıxarsa, bu mərhələni bir neçə dəfə təkrar etmək lazımdır. Artıq alqoritmlər həmin reklamı sizə göndərməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti