...

Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il həbs cəzası istəyib

Gündəm Materials 3 İyun 2022 16:17 (UTC +04:00)
Prokuror Cəlilabadın sabiq icra başçısına 13  il həbs cəzası istəyib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatmaq üzrədir.

Trend-in məlumatlna görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən bugünkü iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Namiq Zeynalovun ittiham olunduğu maddələrlə təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi təklif olunub.
Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmə çıxışa hazırlaşmaq üçün vəkillərə iyunun 10-na kimi vaxt verib.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti