...

Cəbrayılda mina partlayışına görə ANAMA-nın bir neçə əməkdaşı müayinədən keçirilir - Agentlik

Gündəm Materials 17 İyun 2022 12:48 (UTC +04:00)
Cəbrayılda mina partlayışına görə ANAMA-nın bir neçə əməkdaşı müayinədən keçirilir - Agentlik

Bakı. Trend:

Cəbrayılda mina partlayışı ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bir neçə əməkdaşı həkim müayinəsindən keçirilir.

Bu barədə Trend-ə Agentliyin Mətbuat Xidmətindən məlumat verilib.

"2022-ci il 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir", - açıqlamada deyilir.

Qeyd edək ki, bu gün ANAMA-nın əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hal-hazırda vəziyyəti stabildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti