...

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 23 şəxsi cinayət başında yaxalayıb

Gündəm Materials 22 İyul 2022 14:24 (UTC +04:00)
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 23 şəxsi cinayət başında yaxalayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 96 cinayət işi başlanılıb, keçirilmiş 22 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 23 şəxs cinayət başında yaxalanıb, habelə 6 nəfər axtarışda olan şəxs saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun geniş kollegiya iclasında deyilib.

Həmçinin bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 2339 müraciətdən 63-ü üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti