...

Türkiyənin AFAD tərəfindən Pakistana humanitar yardım üçün “hava körpüsü” yaradılıb

Gündəm Materials 28 Avqust 2022 23:37 (UTC +04:00)
Türkiyənin AFAD tərəfindən Pakistana humanitar yardım üçün “hava körpüsü” yaradılıb

Bakı. Trend:

Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Pakistana humanitar yardım üçün “hava körpüsü” yaradıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bildirib.

AFAD Pakistana yağış və daşqınların nəticələrinin aradan qaldırılmasında köməklik göstərəcək.

Birinci mərhələdə ölkəyə 10 min çadır, 50 min ərzaq payı, 50 min gigiyena paket, 10 min uşaq qidası qutuları çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti