...

Ermənistan təxribatı nəticəsində yaralanan iki mülki şəxsin vəziyyəti açıqlanıb (VİDEO)

Gündəm Materials 14 Sentyabr 2022 15:19 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan təxribatı nəticəsində yaralanan iki mülki şəxsin vəziyyəti açıqlanıb.

Trend "Real Tv"-yə istinadən xəbər verir ki, yaralanan şəxslərdən Asim Musayevin vəziyyəti orta ağırdır. O, hazırda Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır.

Digər yaralı Arzuman Orucov isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

"Sentyabrın 12-dən 13-nə keçən gecə atışma başladı. Təqribən gecə saat 3 radələrində yaxın məsafəyə mərmi düşdü. Təsərrüfatımıza ciddi ziyan dəydi. Özümüzü itirmədik. Lazımi orqanlara məlumat verdik", - deyə A.Orucov bildirib.

Qeyd edək ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti