...

Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkar edilib (FOTO)

Gündəm Materials 19 Sentyabr 2022 12:03 (UTC +04:00)
Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkar edilib (FOTO)

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti