...

Vətən Müharibəsi şəhidlərinin xatirəsi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilib (FOTO/VİDEO)

Gündəm Materials 27 Sentyabr 2022 12:01 (UTC +04:00)
Vətən Müharibəsi şəhidlərinin xatirəsi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilib (FOTO/VİDEO)

Bakı. Trend:

27 Sentyabr - Anım Günü ilə əlaqədar bütün ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Trend-in məlumatına görə, saat 12:00-da avtomobil yollarında bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, gəmilərdən, qatarlardan siqnallar səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi Respublikamızda Anım Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti