...

“Turkish Airlines”ın təyyarəsi Bakı aeroportuna geri qayıdıb

Gündəm Materials 5 Oktyabr 2022 13:51 (UTC +04:00)
“Turkish Airlines”ın təyyarəsi Bakı aeroportuna geri qayıdıb

Bakı. Trend:

“Turkish Airlines”ın təyyarəsi Bakı aeroportuna geri qayıdıb

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına - Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxtı ilə saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti