...

“WhatsApp”da yeni funksiyalar: Son görülməni gizlətmək qaydası dəyişdi (FOTO)

Gündəm Materials 17 Oktyabr 2022 11:33 (UTC +04:00)
“WhatsApp”da yeni funksiyalar: Son görülməni gizlətmək qaydası dəyişdi (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp”da əlavə 2 funksiya yaradılıb.

Trend-in məlumatına görə, "WhatsApp"da son vaxtlara kimi son görülmə funksiyası aktiv idi. Bu funksiya vasitəsi ilə heç kəs istifadəçinin nə zaman "WhatsApp"da olduğunu bilmirdi. İndi yeni versiyadan sonra istifadəçilər onlayn olmalarını da gizlədə biləcək.

Bu yenilikdən sonra istifadəçilər son görülmə və onlayn olmağı hər kəsdən yox, seçdiyi insanlardan gizlədə biləcəklər.

Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:

1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2. Növbəti ekranda "hesab" xanasını seçin.

3. İndi "Məxfilik" xanasını seçin.

4. Daha sonra "Son görünmə və onlayn" xanasına toxunun.

5. Növbəti xanada “Son görünməmi kimlər görə bilər” və “Onlayn olduğumu kimlər görə bilər” funksiyasını aktiv edə bilərsiniz.

"WhatsApp"da digər yenilik də edilib

"WhatsApp"da 2.22.22.14 beta versiyasına göndərilən mesajları redaktə etmək funksiyası əlavə edilib.

Hazırda yeni seçim mesajın mətnini göndərildikdən cəmi 15 dəqiqə sonra düzəltməyə imkan verir. Redaktə edildikdən sonra yazı "Redaktə edilib" şəklində qeyd olunacaq. Funksiya göndərilmə saatının yanındakı sahədə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti