Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda ağacəkmə aksiyası keçirilib (FOTO/VİDEO)

Gündəm Xəbər 28 Oktyabr 2022 15:25 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda ağacəkmə aksiyası keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək olaraq Heydər Əliyev Mərkəzində açılan “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərgi çərçivəsində Şamaxı rayonunda ağacəkmə aksiyası keçirilib.

Trend-in məlumatına görə, BMT-nin 2015-ci ildən elan etdiyi Dayanıqlı İnkişaf Məqsədləri iqtisadi, sosial və ekoloji aspektləri hədəfləyib. Heydər Əliyev Fondunun təşəbbüsü və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə reallaşan, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyan aksiya zamanı RİİB könüllüləri 200 nar ağacı əkib.

Xəbər lenti

Xəbər lenti