...

“Facebook” və “Instagram” yeniyetmələrin təhlükəsizliyi üçün yeni funksiya tətbiq edəcək

Gündəm Materials 22 Noyabr 2022 10:24 (UTC +04:00)
“Facebook” və “Instagram” yeniyetmələrin təhlükəsizliyi üçün yeni funksiya tətbiq edəcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial media platformalarında hər yaşdan istifadəçi var.

Trend-in məlumatına görə, insanların bir-biri ilə ünsiyyət qurmasına imkan verən bu platformalarda, xüsusilə yetkinlik yaşına çatmayanlar pis niyyətli insanların hədəfinə çevrilə bilər. Belə xoşagəlməz, hətta təhlükəli vəziyyətin qarşısını almaq üçün şirkətlər son zamanlar mühüm addımlar atmağa başlayıblar.

“Meta” yeniyetmələrin “Facebook” hesabları üçün standart məxfilik parametrlərini dəyişmək qərarına gəlib. Bu, pis niyyətli insanların “Instagram” və “Facebook”da yeniyetmələrə mesaj göndərmək imkanlarını daha da məhdudlaşdıracaq.

“Meta” 16 yaşından kiçik istifadəçilər tərəfindən yaradılan yeni “Facebook” hesablarında defolt məxfilik parametrlərini avtomatik dəyişməyə başlayacağını açıqlayıb. Dəyişikliklərlə dost siyahılarının, etiketlənmiş yazıların, izlənilən səhifələrin və hesabların görünməsi avtomatik olaraq daha məhdud parametrlərlə təklif olunacaq.

Yeni parametrlər yaşı 16-dan kiçik olan istifadəçilər tərəfindən yaradılmış yeni hesablar üçün avtomatik tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti