...

Müharibə bitsə də Ermənistanın mina terroru davam edir - Afət Həsənova

Gündəm Materials 28 Noyabr 2022 13:25 (UTC +04:00)
Müharibə bitsə də Ermənistanın mina terroru davam edir - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etsə də Ermənistanın ölkəmizə qarşı mina terroru davam etməkdədir. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatından sonra da Ermənistan tərəfi bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində minaların basdırılmasını davam etdirib.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, üçtərəfli bəyanatdan sonra Ermənistan Laçın rayonu ərazisində 1400-dən çox yeni mina basdırıb ki, bu da Azərbaycana qarşı açıq terror əməlidir.

“Məlumdur ki, Ermənistan tərəfi bu minaları Laçın dəhlizi vasitəsilə gətirib. Yəni Minalar Laçın dəhlizi vasitəsilə gətirilərək Azərbaycan ərazilərində basdırılıb. Burada da Ermənistan üçtərəfli bəyanatın müddəaalrını kobud şəkildə pozaraq Laçın dəhlizindən razılaşmaya zidd formada istifadə edir. Ermənistanın bu əməlləri açıq terro əməlidir. Müharibədən sonra 250-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni müharibədən sonra da Ermənistanın Azərbaycana qarşı terror və hərbi cinayəti davam edir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyanın ən çox minalarla çirkəndirilmiş ərazilərindən biridir. “İşğal dövründə Ermənistan ərazilərimizdə bir milyondan artıq mina basdırıb. Öz çirkin əməllərindən əl çəkməyən Ermənistan Gümrüdəki zavodda mina istehsalını davam etdirir və imkan daxilində Azərbaycan ərazilərini minalamaq cəhdlərini davam etdirir. Xüsuslə Qarabağda ermənilərin yaşadığı ərazidə minalanma halları var”, - deyə deputat vurğulayıb.

A.Həsənova qeyd edib ki, Ermənistan tərəfi bu çirkin əməlindən əl çəkməsə yenə də layiqli cavabın alacaq.

“Vətən müharibəsində sonra Azərbaycan ordusu müxtəlif vaxtlarda erməni təxribatlarına görə onlara layiqli dərs verib. Əlbəttə ki, mina terroru da cavabsız qala bilməz. Azərbaycan öz ərazisinin minalanmasına və vətəndaşlarının mina qurbanına çevrilməsinə göz yuma bilməz. Azərbaycan bu problemin aradan qaldırılması ilə bağlı preventiv tədbirlər həyata keçirmək hüququna malikdir və təcrübə də göstərir ki, zərurət yarandığı hallarda bu istiqamətdə əməli addımlar atılacaq. Əgər ermənilər növbəti dəfə Azərbaycan ordusunun gücünü üzərlərində görmək istəmirlərsə bu cür təxribatçı əməllərindən əl çəkməlidirlər”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti