...

Övladları Milli Qəhrəman Əliyar Əliyevin məzarını ziyarət edib (FOTO)

Gündəm Materials 14 Dekabr 2022 12:40 (UTC +04:00)
Övladları Milli Qəhrəman Əliyar Əliyevin məzarını ziyarət edib (FOTO)

Qubadlı. Trend:

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin 65-ci yaşının tamam olması münasibətilə övladları məzarını ziyarət edib.

Əliyev Əliyar Yusif oğlu 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 03 oktyabr 1992 ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Milli Qəhrəman doğulduğu kənd, Qubadlı rayon Qəzyan kəndində dəfn olunub.

Ermənilər digər məzarlıqlarda olduğu kimi, şəhidin məzar daşlarını söküb daşıyıb. Qubadlı rayonu işğaldan azad edildikdən sonra, Milli Qəhrəman Əliyar Əliyev və onunla eyni anda şəhid olan sürücüsü, Ağayev Əlisadət Nemət oğlunun məzarları yenidən bərpa olunub.

Şəhidin ailə üzvləri sonra ermənilərin xarabalığa çevirdiyi Qəzyan kəndini ziyarət ediblər.

Milli Qəhrəman Əliyar Əliyev “Birinci Qarabağ” müharibəsi zamanı könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində gedən döyüşə rəhbərlik edib.

Ə.Əliyev 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib. Son döyüşü isə 1992-ci il oktyabrın 3-də Laçın şəhərinin yaxınlığında, “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olub. Hər iki şəhid Qəzyan kənd qəbristanlığında dəfn olunub.

Xəbər lenti

Xəbər lenti