Bakı. Trend:
Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilərək həbs edilən Bəxtiyar Hacıyevin Xətai rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar qəbul olunub. Məhkəmənin qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, bir neçə gün öncə B. Hacıyev xuliqanlıqda təqsirləndirilərək saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanıb, Xətai rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs edilib.