Bakı. Trend:
Albaniya üç Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatını alıb. Bu PUA-lar ölkənin milli təhlükəsizliyinə təhlükə yaranacağı təqdirdə istifadəyə hazır olacaq, lakin bu vaxt polisə kömək etmək üçün istifadə ediləcək.
Trend-in məlumatına görə, bu barədə Albaniya baş naziri Edi Rama bildirib.
"Onlar istənilən hadisəyə hazır olacaqlar", - deyə baş nazir Türkiyənin "Baykar" müdafiə şirkətinin nümayəndələri ilə Tiranada imzalanma mərasimi zamanı qeyd edib. O əlavə edib ki, dronların heç vaxt müharibədə istifadə edilməməsinə ümid edir.
Baş nazir onların çatdırılma tarixini açıqlamayıb.