Bakı. Trend:
E-poçt xidmətləri tərəfindən görülən bütün ehtiyat tədbirlərinə baxmayaraq, e-poçt hesablarının sındırılması istifadəçilər üçün tez-tez baş verən bir hadisədir.
Trend-in məlumatına görə, “Gmail” istifadəçilərə bu cür neqativ hallarla qarşılaşmaması üçün bir sıra qaydalara riayət etməyi məsləhət görür. Bunlar hansılardır?
1) Mürəkkəb şifrə təyin edin,
2) Bərpa seçimlərini aktivləşdirin,
3) Təhlükəsizlik bölməsinə daxil olaraq son təhlükəsizlik fəaliyyətlərinə nəzər yetirin,
4) İkifaktorlu doğrulamanı aktivləşdirin,
5) Üçüncü şəxs tətbiqlərinə giriş icazələrindən qaçın,
6) Cihazlarınızı nəzarətdə saxlayın.