Bakı. Trend:
Prezident İlham Əliyevin sərəncamı ilə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Trend Muxtar Məmmədovun dosyesini təqdim edir.
Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb.
2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb. 2009-2013-cü illərdə Azərbaycanın Belçikadakı səfirliyində fəaliyyət göstərib.
2013-cü ildən etibarən Elm və Təhsil Nazirliyində çalışıb. 2021-ci il aprelin 29-dan indiyədək elm və təhsil nazirinin müavini vəzifəsini icra edib.