...

3 böyük şirkət patent mübahisələrini həll etmək və davamlı innovasiyaları təmin etmək üçün Xiaomi ilə birləşir

Gündəm Materials 11 Yanvar 2023 17:14 (UTC +04:00)
3 böyük şirkət patent mübahisələrini həll etmək və davamlı innovasiyaları təmin etmək üçün Xiaomi ilə birləşir

Bakı. Trend:

IP Bridge, Orange, Siemens və dünyanın aparıcı məişət elektronikası və ağıllı cihaz şirkəti olan Xiaomi bu gün uzun müddətdir davam edən mübahisələrinə son qoyduqlarını açıqladılar. Onlar şirkətlərdən Xiaomi-yə qədər müxtəlif texnologiyalar üzrə patent hüquqlarını effektiv şəkildə qanuniləşdirmək üçün patent lisenziyası haqqında innovativ bir müqavilə bağladılar. Xiaomi şirkətinin keçmiş “əqli mülkiyyət strategiyası şöbəsinin müdiri” cənab Pol Linə məxsus Novus IP şirkəti əməliyyat koordinatoru kimi çıxış etdi və Xiaomi və üç lisenziya tərəfinə bu əməliyyatı yüksək effektivliklə və uğurla başa çatdırmağa kömək etdi.

“Biz vaxt aparan mübahisələrdən qaçmaq və innovasiyaya diqqət yetirmək üçün ənənəvi patent fondunu və ikitərəfli modelləri tamamlayan lisenziyalaşdırma modellərini araşdırmağa davam edirik”, - deyə Xiaomi Group-un qlobal biznesin inkişafı və İP strategiyasının baş direktoru Ran Syuy deyib.

“Bu unikal sövdələşmə strukturu Xiaomi müştərilərinə 3 şirkətin ixtiralarından səmərəli şəkildə faydalanmağa imkan verir. “Siemens” texnologiyaya yönəlmiş aparıcı texnologiya şirkətidir. Patentlər vasitəsilə innovasiyaların qorunması bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz bu müqaviləni alqışlayırıq, çünki o, məhkəmə çəkişmələri ilə müqayisədə qarşılıqlı faydalı həlli təmsil edir və əməliyyatda iştirak edən bütün tərəflərin yanaşmasını yüksək qiymətləndiririk”, - deyə lisenziyalaşdırma və texnologiyaların inkişafının sürətləndirilməsi şöbəsinin müdiri Dr. Rudolf Freytaq bildirib.

Xiaomi ilə bu lisenziya effektiv rəqəmsal transformasiyanı idarə etmək üçün Orange-ın güclü innovasiyalarının tanınmasıdır. Bütün bunlar istehlakçıların rifahı üçün qlobal əsas texnologiyaların geniş şəkildə tətbiqinə səbəb olan açıq standartlara töhfə sayəsində mümkündür.

“Biz Siemens, IP Bridge və Novus ilə vasitəçi kimi işləməkdən məmnunuq ki, bu da səmərəli nəticə verdi”, - deyə Orange şirkətinin əqli mülkiyyət və lisenziyalaşdırma üzrə vitse-prezidenti Lyse Brillouet deyib.

IP Bridge bütün dünyada texnoloji innovasiyaların və əməkdaşlığın təşviqinə xüsusi diqqət yetirir, Xiaomi-yə patent lisenziyasının verilməsi isə belə əməkdaşlıqda mühüm nailiyyətlərdən biri olub.

“Novus sayəsində Xiaomi ilə bu müqaviləni effektiv şəkildə bağlaya bildik. Biz əməliyyat boyu Orange və Siemens ilə olan səmimi əməkdaşlığı çox yüksək qiymətləndiririk”, - deyə IP Bridge-də icraçı direktor, 1 saylı lisenziyalaşdırma biznesinin rəhbəri Daysuke Honda bildirib.

Xiaomi Corporation

Xiaomi Corporation (“Xiaomi”) 2010-cu ilin aprelində yaradılıb. 9 iyul 2018-ci ildə səhmlərini Honq-Konq Fond Birjasında (1810.HK) yerləşdirib. Xiaomi internet-şirkəti əsas diqqətini Əşyaların İnterneti (IoT) platforması əsasında smartfon və intellektual avadanlıqların istehsalına yönəldib.

Xiaomi “İstifadəçilərin üçün dost və onların qəlbində ən yaxşı şirkət olun” düşüncəsinə sadiq qalaraq, innovasiyalara xüsusi diqqət yetirir və yüksək səviyyədə xidmət keyfiyyətini və əməliyyat səmərəliliyini təmin etməyə can atır. Şirkətin missiyası innovativ texnologiyalar sayəsində hər kəsin həyatının yaxşılaşması üçün münasib qiymətə keyfiyyətli məhsullar yaratmağa can atmaqdır.

Xiaomi – smartfon istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət həmçinin 31 mart 2022-ci il tarixinə olan vəziyyətə görə, platformasına qoşulmuş 478 milyondan çox ağıllı cihaz (smartfonlar, planşetlər və noutbuklar istisna olmaqla) ilə dünyanın aparıcı Əşyaların İnterneti istehlakçı platformasını yaradıb. Xiaomi məhsulları dünyanın 100-dən çox ölkə və bölgəsində mövcuddur.

2022-ci ilin avqustunda Xiaomi 226-cı yeri tutmaqla ardıcıl dördüncü il Fortune Global 500 siyahısına daxil edildi.

Xiaomi həmçinin Hang Seng Index, Hang Seng China Enterprises Index, Hang Seng TECH Index və Hang Seng China 50 Index-də təmsil olunur.

Bir şirkət olaraq Xiaomi haqqında ətraflı məlumat üçün bu sayta daxil olun:

https://www.mi.com/global/discover/newsroom

Məqalədə:
Xəbər lenti

Xəbər lenti