...

Qərbi Azərbaycan İcmasının üzvlərinin siyahıyaalınması həyata keçiriləcək

Gündəm Materials 26 Yanvar 2023 16:11 (UTC +04:00)
Qərbi Azərbaycan İcmasının üzvlərinin siyahıyaalınması həyata keçiriləcək
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcması üzvlərinin siyahıyaalınması həyata keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında əks olunub.

Konsepsiyada qeyd olunub ki, indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların törəmələrinin öz vətənlərinə qayıtmaq hüququ var. İcma Azərbaycan Respublikasının və Qərbi azərbaycanlıların məskunlaşdığı digər dövlətlərin əhali reyestri xidmətlərinin yardımından istifadə edərək və müvafiq beynəlxalq metodologiya əsasında İcma üzvlərinin siyahıyaalınmasını həyata keçirəcək. Bu cür siyahıyaalınmada effektiv vasitələrdən birinin aidiyyəti şəxslərin özünü təqdim etməsi olduğunu nəzərə alaraq, onları bu addıma təşviq etmək üçün vətənindən qovulmanın ciddi hüquq pozuntusu olması barədə geniş informasiya kampaniyası aparılacaq və təhlükəsiz və ləyaqətlə geri qayıtmaq yanaşmasının mahiyyəti geniş ictimaiyyətə izah ediləcəkdir.

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yekun iclasında Qayıdış Konsepsiyası qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti