...

BQXK-ya məxsus avtomobillər yenidən Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 29 Yanvar 2023 09:36 (UTC +04:00)
BQXK-ya məxsus avtomobillər yenidən Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobil Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, avtomobilin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 49 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti