...

ÜST Türkiyənin Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır

Gündəm Materials 7 Fevral 2023 00:21 (UTC +04:00)
ÜST Türkiyənin Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisi zəlzələnin fəsadları ilə mübarizə üçün təcili humanitar tədbirlərin həyata keçirilməsində Türkiyə Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə ofisin "Twitter" səhifəsində yazılıb.

"ÜST fevralın 6-da Türkiyənin cənub-şərq bölgəsində baş verən dağıdıcı zəlzələlərdən sonra fövqəladə humanitar yardımın həyata keçirilməsində Türkiyənin Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti