Bakı. Trend:
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3419 nəfərə yüksəlib.
Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
"7,7 bal gücündə baş verən zəlzələdə ölənlərin sayı nəfər 3419 nəfərə yüksəlib, yaralıların 20534 nəfərə çatıb. 8 mindən çox şəxs dağıntılar altından xilas edilib", - deyə o qeyd edib.
Xatırladaq ki, dünən Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.