...

Türkiyə üçün toplanan yardımlar zəlzələ bölgəsinə necə çatdırılır?

Gündəm Materials 14 Fevral 2023 09:16 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Zəlzələ bölgələrində hər cür yardıma ehtiyacımız var. Hazırda isti geyimlər təcili ehtiyaclar sırasında deyil, lakin ərzağa hər zaman ehtiyac var.

Bu barədə Trend-ə müsahibəsində Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin (İHH) Orta Asiya-Qafqaz Regional Koordinatoru Məhəmməd Həmzə Nedimoğlu deyib.

O qeyd edib ki, göndərilən yardımlar Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiya mərkəzinə təhvil verilir.

“AFAD-da hansı bölgədə nəyə ehtiyac olduğunun siyahısı var. Gələn yardımları o siyahılara uyğun bölgələrə göndərirlər. Bizdə İHH olaraq bütün fəaliyyətimizi AFAD-la koordinasiyalı formada qururuq.

Dağıntı altından cıxarılan insanlar xəstəxanaya yerləşdirilərək müalicə edilir. Ən böyük təhlükə evi yararsız hala düşən şəxslər üçündür. Dağıntılar altından çıxır, lakin evinə qayıda bilmir. İlk növbədə onların ərzaq ehtiyacı var. Bu ehtiyacları dövlətlə yanaşı, bir sıra qurumlar da qarşılayır. Hazırda ən çox ehtiyac olan çadırlardır. Bu gün bəlkə çadırlar ehtiyacımızı qarşılayacaq, lakin düşünürük ki, daha yaxşısı konteyner kəndlər qurmaqdır. Əlbəttə ilkin mərhələdə maliyyə baxımından bu, çətindir. Hələlik bunu çadırla qarşılayırıq, amma hazırda çadırı Türkiyədə tapmaq da çətindir”, - deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti