...

Azərbaycanlı tələbələrin qohumları dağıntıdan çıxarılan cəsədlərin müəyyən edilməsi üçün çağırılıb

Gündəm Materials 14 Fevral 2023 16:46 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı tələbələrində olduğu deyilən binanın qarşısında həyəcan yaşandı. Tələbələrin qohumları dağıntıdan çıxarılan cəsədlərin müəyyən edilməsi üçün çağırılıb.

Trend bu barədə "AZTV"-ə istinadən məlumat verir.

"Bir qədər əvvəl tələbələrin qaldığı otaqlardan Türkiyə və Azərbaycan bayrağı həmçinin Qurani-Kərim çıxarılıb. Bu o deməkdir ki, tamamilə onların olduğu yerə yaxınlaşıblar. İlk baxışdan çıxarılan şəxslərin tanınması mümkün olmayıb. Lakin proses davam edir", - deyə qeyd edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda həlak olan və yaralananlar var.

Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti