...

Azərbaycan xalqı Türkiyədə baş verən dəhşətli zəlzələni öz faciəsi kimi qəbul edir - Sahibə Qafarova

Gündəm Materials 17 Fevral 2023 11:31 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqı Türkiyədə baş verən dəhşətli zəlzələni öz faciəsi kimi qəbul edir və fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək göstərmək üçün bütün imkanlarını səfərbər edib.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

S.Qafarova vurğulayıb ki, bu günlərdə biz iki xalq arasında qardaşlıq münasibətlərinin yeni numunələrini müşahidə etdik.

“Həm dövlətlərarası, həm dövlət başçıları, həm də insanlar səviyyəsində özünü göstərən doğmalıq və könül birliyi Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” olması həqiqətini bir daha sübut etdi. Əminliklə demək olar ki, qüdrətli bir dövlət kimi Türkiyə fəlakətin vurduğu yaraları tezliklə sağaldacaq və bu sınaqdan da şərəflə çıxacaq", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti