Bakı. Trend:
Bakıda qadını maşına mindirib qaçıran şəxslər saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Eyni zamanda qeyd olunub ki, videoda əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.
Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib.