...

Hulusi Akar Kahramanmaraşda Azərbaycan hərbi həkimlərini ziyarət edib

Gündəm Materials 26 Fevral 2023 13:12 (UTC +04:00)
Hulusi Akar Kahramanmaraşda Azərbaycan hərbi həkimlərini ziyarət edib

Bakı. Trend:

Türkiyənin müdafiə naziri Hulusi Akar fevralın 26-da Kahramanmaraşda qurulan səhra xəstəxanasını ziyartə edib.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nazir hazırda orada fəaliyyət göstərən Azərbaycan hərbi həkimləri ilə də söhbət edib.

Söhbət ənsasında H.Akar onlara işlərinə görə təşəkkür edib, Türkiyə və Azərbaycanın “iki dövlət, bir millət” olduğunu bildirib.

"Biz bunu 44 gün davam edən Vətən müharibəsində göstərdiyimiz kimi, bu gün də siz göstərirsiniz. Biz birgə fəaliyyətlərimizi davam etdirəcəyik. Biz kədərdə də, sevincdə də birlikdəyik. Sağ olun, var olun, yaşasın Azərbaycan-Türkiyə qardaşlığı", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti