...

Türkiyədə zəlzələ bölgəsində 309 min mənzil tikiləcək

Gündəm Materials 27 Fevral 2023 16:23 (UTC +04:00)

Bakı. Trend:

Zəlzələ bölgəsində 309 min mənzil tikiləcək

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Qırılma xəttinə yaxın ərazilərdə tikintiyə, köhnə yaşayış məntəqələrində bərpa işlərində çoxmərtəbəli binalara icazə verməyəcəyik", - o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti