...

Eldar Sultanov vəzifəsindən azad edilib

Gündəm Materials 17 Mart 2023 12:08 (UTC +04:00)
Eldar Sultanov vəzifəsindən azad edilib

Bakı. Trend:

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.

Bu barədə Tend-ə Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror Kamran Əliyev tərəfindən ona “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti