...

Türkiyə prezidenti taxıl sazişinin uzadıldığını açıqladı

Gündəm Materials 18 Mart 2023 18:35 (UTC +04:00)
Türkiyə prezidenti taxıl sazişinin uzadıldığını açıqladı

Bakı. Trend:

Martın 19-da başa çatan taxıl sazişi uzadılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala şəhərində çıxışı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib ki, saziş Rusiya və Ukrayna tərəfləri ilə aparılan danışıqlardan sonra uzadılıb:

"Hər iki tərəflə apardığımız danışıqlar nəticəsində martın 19-da başa çatacaq sazişin uzadılmasına nail olduq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti