...

Qazaxıstanlılar Azərbaycanda səfirlikdə təşkil edilən seçki məntəqəsində fəal şəkildə səs verirlər (FOTO)

Gündəm Materials 19 Mart 2023 12:57 (UTC +04:00)
Qazaxıstanlılar Azərbaycanda səfirlikdə təşkil edilən seçki məntəqəsində fəal şəkildə səs verirlər (FOTO)

Bakı. Trend:

Bakıda Qazaxıstanın Azərbaycandakı səfirliyində açılan 262 saylı seçki məntəqəsi yerli vaxtla saat 07:00-dan etibarən Qazaxıstan vətəndaşlarını qəbul edir.

Trend səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, seçki prosesi yaxşı səviyyədə təşkil olunub, seçicilərin vətəndaş mövqeyinin ifadəsi üçün hər cür şərait yaradılıb.

Seçki məntəqəsinin işinə MDB Parlament Assambleyasından olan müşahidəçilər nəzarət edir.

Konsulluq idarəsindən verilən məlumata görə, seçkilərdə Azərbaycanda daimi və müvəqqəti yaşayan 140-dan çox Qazaxıstan vətəndaşı iştirak edir.

Ümumiyyətlə, Qazaxıstan vətəndaşları tərəfindən siyasi aktivlik və maraq var.

Məntəqədə səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti