...

Sülhməramlılara aid nəqliyyat vasitələri Laçın yolundan maneəsiz keçib (FOTO)

Gündəm Materials 19 Mart 2023 19:00 (UTC +04:00)
Sülhməramlılara aid nəqliyyat vasitələri Laçın yolundan maneəsiz keçib (FOTO)

Bakı. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb. Səhər saatlarından indiyədək RSK-ya məxsus ümumilikdə 48 avtomobil aksiya keçirilən yoldan maneəsiz keçid edib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 98 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti