...

Azərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanılıb - DSX (FOTO)

Gündəm Materials 27 Mart 2023 11:02 (UTC +04:00)
Azərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanılıb - DSX (FOTO)

Bakı. Trend:

Azərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Mart ayının 26-da saat 00:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilmişdir.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək saxlanılmışdır.

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Germi şəhər sakinləri Əzimi Milad Əsgər oğlu və Fəllah Muhəmməd Əkbər oğlu olduqları müəyyən edilmişdir.

Sərhəd pozucularının üzərlərinə baxış keçirilərkən ümumi çəkisi 41 kiloqram 370 qram narkotik vasitə, bir ədəd bıçaq və bir ədəd gözyaşardıcı bibər qazı aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Xəbər lenti

Xəbər lenti