...

Azərbaycanlı "tiktoker" hava limanında saxlanıldı

Gündəm Materials 27 Mart 2023 17:08 (UTC +04:00)
Azərbaycanlı  "tiktoker" hava limanında saxlanıldı

Bakı. Trend:

Azərbaycanda axtarışda olan "tiktoker" Əmrah Məhərrəmov saxlanılıb.

Trend-in məlumatına görə, Ə.Məhərrəmov Gürcüstandan Azərbaycana gələrkən hava limanında yaxalanıb. Onun barəsində olan sənədlər toplanaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Ə.Məhərrəmov barədə Daxili İşlər Nazirliyinə şikayət edilib.

Şikayət əsasında o, hüquq mühafizə orqanlarına dəvət edilsə də, məsuliyyətdən yayınıb. Nəticədə onun barəsində cinayət işi başlanıb və o, axtarışa verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti