...

Minalar torpaqlarından didərgin düşən insanların qayıdışına mane olur - Nazir müavini

Gündəm Materials 4 Aprel 2023 20:22 (UTC +04:00)
Minalar torpaqlarından didərgin düşən insanların qayıdışına mane olur - Nazir müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilən ərazilərin minalanması torpaqlarından didərgin düşən insanların qayıdışına mane olur.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Fariz Rzayev 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə əlaqədar “Gizli ölüm toxumları” kitabının təqdimatı mərasimində çıxışı zamanı deyib.

Nazir müavini xatrıladıb ki, Azərbaycanın torpaqları 30 illik işğal dövründə minalarla çirkləndirilib.

“2020-ci ildə münaqişənin bitməsinə baxmayaraq, Ermənistan hələ də torpaqları minalamağa davam edir. Bu istiqamətdə humanitar yardımların göstərilməsi bizim üçün prioritetdir. Azad edilən ərazilərin minalanması torpaqlarından didərgin düşən insanların qayıdışına mane olur”,- deyə o əlavə edib.

F.Rzayev qeyd edib ki, Ermənistan hələ də tam və dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir, sülh səylərinə mane olur.

"Mina çirklənməsi Azərbaycan hökumətinin genişmiqyaslı yenidənqurma işlərini tam sürətlə həyata keçirməsinə imkan vermir, amma bütün bunlar bizi dayandırmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti