...

Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

Gündəm Materials 7 Aprel 2023 15:51 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən Trend-ə verilən məlumatda deyilir.

"Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti