...

Ötən həftə 622 hektar ərazi minadan təmizlənib

Gündəm Materials 10 Aprel 2023 12:21 (UTC +04:00)
Ötən həftə 622 hektar ərazi minadan təmizlənib

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə ərzində 98 mina aşkarlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, aprelin 3-dən 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli,Laçın, Xocalı, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 24, tank əleyhinə 74 mina və 298 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 622 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti