...

“Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb (FOTO/VİDEO)

Gündəm Materials 4 May 2023 17:25 (UTC +04:00)
“Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb (FOTO/VİDEO)

Bakı. Trend:

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin ilkin mərhələsində təyin olunmuş plana uyğun olaraq uçuşlar zamanı təhlükəsizlik qaydaları və qarşıya qoyulan tapşırıqlar çatdırılıb.

Ssenariyə əsasən əvvəlcə şərti düşmənin hava hücumundan müdafiə vasitələri susdurulub.

Hava üstünlüyü əldə edildikdən sonra təyyarələrimiz müxtəlif döyüş təyyarələri ilə birgə şərti düşmənin hava məkanına daxil olaraq yuxarı hündürlükdə döyüş manevrləri etməklə qarşı tərəfin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Təlimin birinci günündə qarşıya qoyulan tapşırıqlar pilotlar tərəfindən uğurla yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti